82 yaşlı qadın 3-cü mərtəbədən yıxıldı

Bakıda qadın ehtiyatsızlıqdan 3-cü mərtəbədən yıxılıb.

 

APA TV xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonu, Təbriz küçəsi, ev 116 ünvanında qeydə alınıb.

 

1940-cı il təvəllüdlü Şəfiqə Əhmədova yaşadığı 5 mərtəbəli binanın 3-cü mərtəbəsinin eyvanında paltar asarkən ehtiyatsızlıqdan yıxılıb. Qadın ağır xəsarətlər alıb və Klinik Tibbi Mərkəzə yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv