84 yaşlı qadın faciəli şəkildə öldü
Bərdədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə Mirzəbəyli kəndi ərazisində qeydə alınıb.
Orxan Orucov idarə etdiyi "VAZ 21099" markalı avtomobillə yolu keçən 1938-ci il təvəllüdlü Gülarə Zeynalovanı vurub.
Piyada aldığı xəsarətdən ölüb.
Araşdırma aparılır.
Habil Aslanoğlu, Ziya İsmayılov, APA TV