840 nəfərdə COVID-19 aşkarlandı, 9 nəfər vəfat etdi – STATİSTİKA

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 840 yeni yoluxma faktı qeydə alınıb, 268 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA TV-yə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib.

 

Azərbaycanda indiyədək ümumilikdə 242 491 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 231 638 nəfər müalicə olunaraq sağalıb, 3 307 nəfər vəfat edib, aktiv xəstə sayı 7 546 nəfərdir.

 

Ölkədə son sutka ərzində 10 023, hazırkı dövrədək isə 2 736 493 test aparılıb.

 

 

Müəllif | Apa.Tv
Apa.tv