9-cu sinif şagirdi maksimum bal topladı
9 illik orta təhsil səviyyəsi üzrə aprelin 30-da keçirilən buraxılış imtahanlarının nəticələrinə əsasən iştirakçıları arasında Naxçıvan Qarnizonu tam orta məktəbinin şagirdi Məmmədli Məhəmməd Qurban oğlu maksimal olan 300 balı toplamaqla ən yüksək nəticə göstərib.
Onun bu nəticəni gostərəcəyinə ən çox inanan isə müəllimləri olub. Azərbaycan dili və ədəbiyyat müəllimi Ülkər Heydərova deyir ki, Məhəmmədin və digər şagirdlərin bu imtahanda uğur qazanmasının əsas səbəbi mütəmadi olaraq məktəbdə sınaq imtahanlarının keçirilməsidir.
Məhəmmədin özü isə bir məsələdə valideynləri qınayıb. Onun fikrincə, uğur qazanmağın ən yaxşı yolu şagirdlərin asudə vaxtlarını səmərəli kecirmələridir. Bu mənada, dərsləri ilə yanaşı, boş vaxtlarında futbol oynayan Məhəmməd uğur da qazanmağa müvəffəq olub.
Məhəmmədin uğur qazanmasına ən çox sevinən isə anası Nuranə xanımdır. O, bu sevinci göz yaşları ilə qarşılayıb. Məhəmmədin isə ən böyük arzusu ali məktəblərə qəbul imtahanında 700 bal toplamaqdır.
Ceyhun Məmmədov
Əli Xudiyev