9 evi eyni planla talayıb - APARDIQLARININ YARISI...
Binəqədi polisinin keçirdiyi əməliyyat nəticəsində Bakıda silsilə oğurluqlar edən, əvvəllər məhkum olunmuş paytaxt sakini Raci Meybullayev saxlanılıb.
Saxlanılan şəxs Binəqədi qəsəbəsində 9 evi qarət edib. Mənzillərdə yaşayışın olmadığını yəqin etdikdən sonra R.Meybullayev əsasən məişət, qızıl-zinət əşyaları və pul aparıb. Onun evindən oğurluq əşyaların bir qismi maddi sübut kimi götürülüb.
Araşdırmalar davam ediir. Bu şəxsin əməllərindən zərərçəkmiş başqa vətəndaşlar Binəqədi Rayon Polis İdarəsinə və 43-cü Polis Bölməsinə müraciət edə bilərlər.