9 yaşlı uşağı avtomobil vurdu - ZAQATALADA

Zaqatalada 9 yaşlı uşağı avtomobil vurub.

APA TV-nin yerli bürosunun məlumatına görə, Zaqatala şəhəri M.Nəzirova küçəsində yaşayan 2012-ci il təvəllüdlü Tahir Seyran oğlu Məmmədov yaşadığı ərazidə minik avtomobilinin zərbəsi ilə üzləşib.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan 9 yaşlı T.Məmmədov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. T.Məmmədova sol topuğun və sol qolun sınığı diaqnozu qoyulub. Müalicəsi xəstəxanada davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv