90 yaşlı qadını soymaq istədi: yaşlı arvadın... - QULDUR UZAĞA QAÇA BİLMƏDİ
Bakıda 90 yaşlı qadına qarşı quldurluq edən şəxs saxlanılıb.
APA TV-nin Daxili İşlər Nazirliyinə (DİN) istinadən məlumatına görə, cinayət Xətai rayonu ərazisində törədilib.
Dekabrın 10-u saat 13:00 radələrində 90 yaşlı qadını aldadaraq mənzilinə girən şəxs onun boğazından tutaraq pul tələb edib. Qadın huşunu itirib yıxıldığından həmin şəxs uzaqlaşıb.
Polisin axtarışları nəticəsini verib. Əvvəllər dəfələrlə məhkumluq həyatı yaşayan Bakı şəhər sakini Akif Məmiyev yaxalanıb. O, hadisəni tamah məqsədi ilə törətdiyini bildirib.
Akif Məmiyev həbs edilib, istintaq davam edir.