91 yaşlı İdris babanın “tərəzi hədiyyəsi” – PUL ALMIR

İdris kişi. 28 May metrosunun həndəvərində bu babanı tanımayan nə uşaq var, nə də böyük. Hər səhər gün oyanandan, gecə ay düşənəcən tərəzisini də götürüb metro çıxışı tərəfdə, maşınların yanında dayanıb, çörək pulu qazanır.

Müxtəlif ölkələri gəzib, onlarla sənəti mənimsəyib. 91 yaşınacan gəlib, motivasiyanı itirməmək, hələ bu yaşda öz izləyicilərinə öpüş göndərmək də başqa məziyyətdir...

Deyir, uzun ömürlü olmaq istəyirsənsə, gərək siqaret çəkməyəsən. Allaha inanasan, əxlaqlı olasan. Əsas da dürüst olub, qəlbini pak saxlamağı biləsən.

Bakını çox sevir. Ancaq lap çox sevdiyi özü kimi gözəl ürəkli adamlarla ünsiyyətdir. Ancaq ruhu da cavandır babamızın. Hələ məxsusən bizim üçün jim etməsindən danışmırıq...

Yaşadığı hər şeyə rəğmən zərrəcə olsun, həyat eşqini itirməyib İdris baba. Əksinə, hər növbəti fürsəti dəyərləndirir. Yeri gəlsə, jest edib kasıb-kusuba əl tutur, imkansızlardan da pul da almır. Çünki bu gün İdris babanın 91 yaşı tamam olur. Bu münasibətlə də o gün ərzində heç kimdən pul götürmədiyini deyir.  

 

Mir Çingiz Ağazadə

Musa Qulammirzəyev

APA TV

 

Müəllif | Apa.Tv
Apa.tv