ABŞ bu ölkəyə 1,6 milyardlıq F-16 satır

ABŞ Dövlət Departamenti Bolqarıstana 1,6 milyard dollar dəyərində 8 ədəd F-16 qırıcıları və digər avadanlıqların satışını təsdiqləyib.

 

APA TV xəbər verir ki, bu barədə ABŞ Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Təşkilatı yazılı açıqlama yayıb.

 

Bildirilib ki, satışın təsdiqlənməsi ilə bağlı Konqresə bildiriş göndərilib. Satış paketinə 4 ədəd F-16C Block 70 və 4 ədəd F-16D Block 70 döyüş təyyarəsi, həmçinin sözügedən təyyarələrdə istifadə ediləcək ehtiyat mühərriklər və digər dəstək vasitələrinin daxildir.

 

Müəllif | Apa.Tv
Apa.tv