ABŞ-dan Azərbaycana pul köçürmələri niyə artıb?
Azərbaycana pul köçürmələrinin həcminə görə Rusiyadan sonra ikinci yeri ABŞ tutur. Ötən il ABŞ-dan Azərbaycana pul köçürmə sistemləri ilə 155 milyon dollar göndərilib. Ümumiyyətlə son illərdə bu istiqamətdə də ciddi artımlar baş verir. Bəs görəsən ABŞ-dan ölkəmizə pul köçürmələrinin artmasının əsas səbəbi nədir?
İqtisadçı ekspert Eldəniz Əmirov deyir ki, son illərdə ABŞ-da azərbaycanlıların sayının artması bunun əsas səbəbidir.
Ekspertin sözlərinə görə, ölkələr arasında münasibətlərin yüksək səviyyədə olması pul köçürmələrində əhəmiyyətli rol oynamır.
İqtisadçı ekspert Xalid Kərimli isə bildirib ki, son 4-5 il müddətində Amerikadan ölkəmizə pul göndərişlərinin 4 dəfə artmasına əsas səbəb Azərbaycandan Amerikaya gedənlərin sayının çoxalmasıdır.
Ekspert onu da qeyd edib ki, ABŞ-da olan azərbaycanlı miqrantların çoxluğu ilə yanaşı, soydaşlarımızın yaşamaq üçün rahat şərait qurması, işlərini yaxşılaşdırılması pul köçürmələrinin artmasına ciddi təsir göstərən əsas faktorlardandır.