ABŞ Dövlət katibi danışıqların necə keçdiyini AÇIQLADI - APA TV

“Amerika Birləşmiş Ştatları Ermənistan və Azərbaycan arasında sülh danışıqlarını dəstəkləyir və birbaşa dialoq həqiqətən davamlı sülhə aparan ən yaxşı yoldur.”

 

APA TV xəbər verir ki, bunu ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla birlikdə keçirilən görüşdən sonra jurnalistlərə verdiyi açıqlamasında deyib. O bildirib ki, Rəsmi Vaşinqton hər iki ölkənin ərazi bütövlüyünü və suverenliyini tanıyır: “Birləşmiş Ştatlar həm Ermənistanın, həm də Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanıyır və 1991-ci ildə müstəqilliyin bərpası hər iki ölkənin hüquqlarının təmin edilməsində vacib məqam oldu. Hesab edirəm ki, Dağlıq Qarabağda 30 ildən artıq davam edən münaqişədə çox sayda insan, maddi itkilər, verilib,  eləcə də dərin izlər qoyub. Ancaq indi hər iki ölkə keçmişi arxada qoyaraq davamlı sülhə doğru çalışması üçün real və cəsarətli addımlar atırlar.”

 

Blinken əlavə edib ki, hər iki ölkə Cənubi Qafqazın parlaq gələcəyi üçün sülh bağlamalı və birgə işləməlidirlər.

Müəllif | Apa.Tv
Apa.tv