İraqda ABŞ hərbçilərinin olduğu baza vuruldu - YARALILAR VAR

İraqın “Balad” Hərbi Hava Qüvvələrinin bazası raket atəşinə tutulub.

APA TV-nin “Reuters”ə istinadən məlumatına görə, bombardman zamanı 4 İraq hərbçisi yaralanıb, onlardan ikisi zabitdir.


Qeyd edilib ki, ABŞ hərbi kontingentinin də olduğu hərbi bazaya naməlum istiqamətdən 5 raket “Katyuşa” qurğularından atılıb.


 

Müəllif | Apa.Tv
Apa.tv