ABŞ İranlı generalı necə öldürdü? - GÜMÜŞ ÜZÜK, PARÇALANMIŞ MEYİT...

İranlı general Qasım Süleymaninin meyiti barmağındakı üzüyə əsasən müəyyənləşdirilib.

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, Xalq Səfərbərlik Qüvvələrinin (XSQ) komandan müavini Mehdi əl-Mühəndis adamları ilə birlikdə Bağdad aeroportuna Q.Süleymanini qarşılamağa gəlib.

Aviazərbə Süleymani təyyarəni tərk etdikdən sonra endirilib, partlayış nəticəsində Süleymaninin bədəni hissələrə parçalanıb. Generalın meyiti barmağındakı qırmızı qaşlı gümüş üzüyə əsasən tanınıb. O, bu üzüklə dəfələrlə görüntülənib. 

Hadisə ilə bağlı İranda 3 günlük matəm elan edib.

Q.Süleymani və M.Əl-Mühəndisin yaxınlarına başsağlığı verən İranın Ali lideri Ayətullah Seyid Əli Xamenei onların xatirəsinin hər zaman əziz tutulacağını və düşməndən qisas alınacağını deyib.

Xatırladaq ki, nəticəsində İran İnqilab Keşikçiləri Korpusunun Qüds Xüsusi Qüvvələrinin rəhbəri general Q.Süleymani və İranın himayədarlıq etdiyi Xalq Səfərbərlik Qüvvələrinin (XSQ) komandan müavini M. Əl-Mühəndis yanvarın 3-də ABŞ hərbi aviasiyasının Bağdad Hava limanına endirdiyi raket zərbələri nəticəsində öldürülüb.

 

Müəllif | Apa.Tv
Apa.tv