ABŞ-ın aya göndərdiyi azərbaycanlı kosmonavt kimdir?

ABŞ-da Aya göndəriləcək kosmonavt namizədlərindən birinin azərbaycanlı olduğu məlum olub.

 

APA TV xəbər verir ki, o 42 yaşlı Ələkbər Tərlan oğlu Mirqədirovdur. Ələkbərin Amerikada adı Allendir.

 

Ələkbər Mirqədirov Bakıda doğulub və 45 saylı tam orta məktəbi bitirib. 1991-ci ildə isə ailəsilə birlikdə Amerikaya köçüb.

 

San-Dieqo universitetini Aerodinamika üzrə bitirib. 10 ildir ki, ABŞ Kosmik Hərbi Qüvvələrində çalışır.

 

Ələkbər 2014-cü ildən həm Marsa, həm də Aya göndəriləcək kosmonavtlar siyasındadır.

 

Müəllif | Apa.Tv
Apa.tv