ABŞ hərbi təyyarələri İncirlik bazasını tərk etməyə başladı

ABŞ Hərbi Aviasiyasına məxsus bir neçə hərbi-nəqliyyat təyyarəsi Türkiyədəki İncirlik hərbi bazasını tərk edib.

APA TV-nin “Reuters”ə istinadən məlumatına  görə, bu, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın hərbi bazanın bağlana biləcəyi ilə bağlı açıqlaması fonunda baş verib.

Qərbin aviasiya resurslarının hesabatlarına əsasən, xüsusilə üç ağır hərbi nəqliyyat təyyarəsi “C-17A Globemaster”, “C-5M Galaxy” hərbi yük təyyarəsi və “C-40B” hərbi komandanlığının bir nəqliyyat təyyarəsi İncirlikdən havaya qalxıb.

Müəllif | Apa.Tv
Apa.tv