ABŞ-ın daha bir ştatı Xocalı soyqırımı ilə bağlı bəyanat qəbul edib
ABŞ-ın Men ştatının Portlənd şəhərinin meri Ketlin M.Snayder 2021-ci il fevralın 26-nın Xocalı qətliamı qurbanlarının anım günü kimi qeyd olunmasına dair bəyanat imzalayıb.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, bəyanatın imzalanması Men Azərbaycan Cəmiyyətinin rəhbəri Tərlan Əhmədovun təşəbbüsü ilə baş tutub.