ABŞ Kosmik Qüvvələrinin ilk raketi kosmosa buraxılıb

ABŞ Kosmik Qüvvələrinin ilk raketi kosmosa buraxılıb.

 

APA TV-nin “Reuters”ə istinadən məlumatına görə, AEHF 6-cı kommunikasiya peykini daşıyan Atlas 5 raketi Floridadakı kosmodromdan orbitə buraxılıb.

 

Peyk istifadəçilərə ən yüksək səviyyədə məlumat təhlükəsizliyini təmin etmək üçün vasitə olacaq.

 

Sistem “Lockheed Martin” tərəfindən hazırlanıb. O, strateji komandanlıq və taktiki qüvvələr üçün inkişaf etmiş qlobal rabitə imkanlarını təmin edir.

 

Qeyd edək ki, ABŞ ordusunun altıncı və yeni növü olan Kosmik Qüvvələr ötən ilin dekabrında yaradılıb.

 

Müəllif | Apa.Tv
Apa.tv