ABŞ niyə Ermənistanı sülhə məcbur etmir?
ABŞ hərbçilərinin sentyabrın 11-dən Ermənistan hərbçiləri ilə təlimlərə başlaması regionda siyasi gərginliyi bir az da artırıb. Belə ki, rəsmi İrəvanən xarici və hərbi siyasətində ABŞ-la yaxınlaşması İran və Rusiya kimi region ölkələrində qıcıq yaradır. Qeyd edək ki, ABŞ dəfələrlə regionda sülhün və kommunikasiya əlaqələrinin bərpası ilə bağlı Azər¬baycan və Ermənistan XİN rəhbərlərinin Vaşinqton görüşünü təşkil edib. Üstəlik, Xankəndidəki qondarma separatçı rejimin sentyabrın 9-da keçiridiyi dırnaqarası seçkiləri də qanunsuz hesab edib. ABŞ xarici siyasət idarəsinin mətbuat katibi Metyu Miller Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində erməni separatçilərın keçirdiyi “seçkilər”i tanımadığını açıqlayıb. Maraqlıdır, Er¬mənistanda təsir güclərinin artdığı bir vaxtda, Vaşinqton İrəvana Azərbaycanla sülh müqaviləsi bağlaması üçün niyə təzyiq göstərmir? Məsələ ilə bağlı açıqlama verən siyasi şərhçi Yeganə Hacıyeva bildirib ki, Ermənistan bəlli prioriteti olmayan ölkədir. O əlavə edib ki, İrəvan çarpaz, yəni ki, hamıyla hamıya qarşı siyasəti yürüdür. Siyasi şərhçi onu da əlavə edib ki, Ermənistanın hamıyla hamıya qarşı siyasətindən bütün qlobal güclərin xəbəri var və İrəvan gələcəkdə bu siyasi addımların bədəlini ödəyəcək. “Moskva platformasının əksi olaraq Qərbin vasitəçiliyi ilə sülh proseslərində böyük irəliləyişlər əldə edilib”. Bunu isə siyasi şərhçi Fuad Çıraqov deyib. O əlavə edib ki, ABŞ sülh məsələsində qətiyyət göstərmir. Fuad Çıraqov onu da əlavə edib ki, Azərbaycan-Ermənistan arasında sülhün bağlanması istiqamətində ABŞ-ın qətiyyətsizliyi Vaşinqtonda əldə edilmiş uğurlara kölgə salır. O əlavə edib ki, vəziyyət belə davam edərsə, ABŞ-dakı danışıqlar alt-üst ola bilər. Fuad Sadıqov APA TV