ABŞ öz vətəndaşlarını BU ÖLKƏNİ dərhal tərk etməyə çağırıb

ABŞ-ın Rusiyadakı səfirliyi öz vətəndaşlarını bu ölkəni dərhal tərk etməyə çağırıb.

 

APA TV-nin Moskva müxbiri xəbər verir ki, bu barədə diplomatik missiyanın saytında məlumat yerləşdirilib.

 

"ABŞ vətəndaşları Rusiyaya səfər etməməlidirlər. Rusiyada yaşayan və ya Rusiya daxilində səyahət edənlər isə ölkəni dərhal tərk etməlidirlər", - deyə səfirliyin məlumatında qeyd olunub.

 

Müəllif | Apa.Tv
Apa.tv