ABŞ vətəndaşlarını İraqdan çıxmağa çağırdı, Rusiya bəyanat verdi

 

ABŞ Dövlət Departamenti vətəndaşlarına İraqı dərhal tərk etmələri ilə bağlı çağırış edib.

Qeyd edək ki, ABŞ hərbi aviasiyasının yanvarın 3-də Bağdad Hava limanına zərbələr endirməsi nəticəsində İran İnqilab Keşikçiləri Korpusunun Qüds Xüsusi Qüvvələrinin rəhbəri, general Qasım Süleymani və İranın himayədarlıq etdiyi Xalq Səfərbərlik Qüvvələrinin (XSQ) komandan müavini Mehdi əl-Mühəndis öldürülüb.

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, ölkənin Xarici İşlər Nazirliyi Bağdadda baş verən hadisə ilə bağlı bəyanat yayıb. “İranlı generalın öldürülməsi hadisəsinə bütün regionda gərginliyin artmasına gətirib çıxaracaq avantürist addım kimi baxırıq. Q.Süleymani İranın milli maraqlarının qorunmasına sədaqətlə xidmət edirdi. İran xalqına başsağlığı veririk” - deyə, bəyanatda qeyd olunub.

Xatırladaq ki, İranın Ali dini lideri Ayətullah Seyid Əli Xameneinin ABŞ-dan qisas alınacağı ilə bağlı bəyanatına ölkə başçısı Həsən Ruhani də qoşulub.

Müəllif | Apa.Tv
Apa.tv