Abşeron rayonunda kişi, qısqanclıq zəmnində həyat yoldaşını amansızlıqla qətlə yetirib

Abşeron rayonunda kişi, qısqanclıq zəmnində həyat yoldaşını amansızlıqla qətlə yetirib

APA TV-nin məlumatına görə, qanlı olay rayonun Aşağı Güzdək kəndində qeydə alınıb.  Qadın qan itirmədən hadisə yerində dünyasını dəyişib. Kişi özü könüllü olaraq polisə təslim olub. Hadisə barədə Abşeron rayon prokurorluğuda məlumat yayıb. Belə ki, ötən gün gecə saat 05 radələrində 34 yaşlı Rimma Tarıverdiyevanın yaşadığı evdə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. ​ Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin əri 38 yaşlı ​ Qaçay Şahməmmədovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Rimma Tarıverdiyevaya bıçaqla çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Ən dəhşətlisi bundandır ki, hadisə uşaqların gözü qarşısında baş verib. Ailədə ərlə arvadın bir birlərini qısqandıqları bildirilir.

Anasının qanlı paltarını uşaqları toparlayaraq eksperteziya təqdim edib. Qohumları hazırda hadisənin şokunu yaşayır. ​

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanılıb.

Qaçay Şahməmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

 

RAMİL ZEYNALLI

ƏLİ ƏLİYEV

 

APA TV

Müəllif | Apa.Tv
Apa.tv