Abşeron rayonunda qurulan stasionar postlarda dezinfeksiya işləri aparılıb

Koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədi ilə virus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması üçün ölkəmizdə  xüsusi karantin rejimi elan edilib.

APA TV xəbər verir ki, bu müddət ərzində digər zəruri tədbirlərlə yanaşı, xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonuna giriş və çıxış məhdudlaşdırılıb. Bu məqsədlə Abşeron rayonu ərazisində 3 stasionar post qurulub. Həmin postlarda sürücülərin Bakıya giriş çıxışına məhuduiyyət qoyulub. Yalnız müstəsna hallar var ki, o zaman sürücülər həmin postlardan paytaxt ərazisinə daxil ola bilir. Abşeron rayonu ərazisində Təşkil olunan postlarda aprel ayının birindən etibarən 300-dək sürücüyə inzibati protokol tərtib edilib. Burda daxili qoşunlarının əməkdaşları və Abşeron rayonun post patrul və yol patrul xidmətinin əməkdaşları fəaliyyət göstərir. Post əməkdaşlarının istirahəti üçün xususi otaqlar təşkil edilib. Bu gün həmin məntəqələr dezinfeksiya edilib.

Yataq otağı və istirahət otaqları o cümlədən yol patrul xidmətinə məxsus avtomobillərdə xüsusi dərman preparatları vasitsilə dezinfeksiya edilib.

Qeyd edək ki, bu tədbirlər Abşeron rayonu ərazisində qurulan postlarda mütamadi olaraq həyata keçirilir.

Müəllif | Apa.Tv
Apa.tv