“"Abşeronda "103" işləmir, onun əvəzinə "012" ilə başlayan nömrə var”
Paytaxt ərazisində son günlərdə təcili tibbi yardımın gecikməsi və ya gəlməməsi ilə bağlı mövzular geniş müzakirə olunur. Müzakirəyə səbəb olan hadisələrdən biri də Masazırda 15 yaşlı yeniyetmənin 2-ci mərtəbədən yıxılaraq ağır xəsarət alması və təcili yardımın vaxtında gəlməməsi olub. Qonşuların iddialarına görə, 103-ə zəng edən ailə 1 saatdan çox gözləsə də çağırışa tibbi yardım gəlməyib. Bəs sakinlər necə, təcili tibbi yardımın fəaliyyətindən razıdır? Məsələ ilə bağlı TƏBİB-dən bildirilib ki, daxil olan çağırışla əlaqədar hazırda müvafiq araşdırma aparılır. Araşdırmanın nəticəsinə uyğun olaraq aidiyyəti üzrə tədbirlər görüləcək. Gələn şikayətlərdən və müşahidələrimizdən aydın olur ki, ölkəmizdə təcili tibbi yardımın fəaliyyəti ilə bağlı dəyişikliklərə ehtiyac var. Sosioloq Üzeyir Şəfiyev düşünür ki, tibbi xidmət sakinlərin sayına uyğun olaraq tənzimlənməlidir. Sosioloq həmçinin bildirir ki, mövcud problemlərin aradan qaldırılması üçün dünya təcrübəsindən yararlanmalıyıq. Keçirdiyimiz sorğuda sakinlərin də bildirdiyi kimi, 103 ölkənin bütün rayonlarında fəaliyyət göstərsə də, Abşeron rayonunda bu xidmətin işində müəyyən çatışmazlıqlar var. Dispetçerlər sakinləri (012) ilə başlayan nömrəyə yönləndirirlər. Bu da öz növbəsində çoxsaylı problemlər yaradır. Zamirə Ədilovanın sözlərinə görə, şəbəkədə aparılan yenidənqurma işləri nəticəsində çağrı mərkəzinə edilən zənglər bir mərkəzdən idarə oluna biləcək. LƏMAN SALEHOVA HƏZRƏT BAYRAMLI APA TV