Abşeronda gecə yarısı dəhşətli qətl - APA TV

Abşeron rayonunda qətl hadisəsi baş verib.

 

APA TV-nin məlumatına görə, hadisə rayonunun Masazır qəsəbəsində şəhid Faiq Həsənov küçəsində qeydə alınıb. 24 yaşlı Nicat Əsədov yaşadıqları evdə bacısı 28 yaşlı Xalidə Əsədovaya çoxsaylı bıçaq xəsarətləri yetirib.  Xalidə Əsədova gecə saatlarında xəstəxanaya yerləşdirilsə də onu xilas etmək mümkün olmayıb və o dünyasını dəyişib.

 

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

 

Nicat Əsədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. İş üzrə istintaq davam edir.

 

Ramil Zeynallı, APA TV

Müəllif | Apa.Tv
Apa.tv