Abşeronda iki maşın toqquşdu: 2 YARALI

Abşeron rayonunda iki avtomobil toqquşub, yaralılar var.

APA TV-nin məlumatına görə, qəza rayonun Saray qəsəbəsinin Heydər Əliyev küçəsində qeydə alınıb. 

Hərəkətdə olan “Mercedes” minik avtomobili “Ford” markalı yük avtomobili ilə toqquşub. Zərbənin gücündən minik avtomobili yoldan çıxaraq yol kənarında olan beton maneəyə çırpılaraq ağaclığa girib. Qəza nəticəsində hər iki avtomobilin sürücüsü xəsarət alıb. “Mercedes”in sürücüsü, 1980-ci il təvəllüdlü Paşayev Məhəmməd Namiq oğlunun vəziyyətinin ağır olduğu bildirilir. Hər iki sürücüsü xəstəxanaya yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.

Qəsəbə sakinləri bu yolda qəzaların tez-tez baş verdiyini və əksər hadisələrin ölümlə nəticələndiyini bildiriblər.

Müəllif | Apa.Tv
Apa.tv