Abşeronda iki nəfər dəm qazından ölüb

Abşeron rayonunda dəm qazı faciəyə səbəb olub.

APA xəbər verir ki, hadisə Saray qəsəbəsində qeydə alınıb.

1960-cı il təvəllüdlü Yusifov Siyasət Mirzə oğlu və 1963-cü il təvəllüdlü Alıyev Kamil İsmayıl oğlu kirayə qaldıqları evdə boğularaq ölüblər.

Hadisə zamanı zəhərlənən 1968-ci il təvəllüdlü Ağayev Zamin Rəfi oğlu Respublika Toksikologiya Mərkəzinə yerləşdirilib.. Onun vəziyyəti ağır qiymətləndirilir.

Qeyd edək ki, hər üç şəxs bina tikintisində çalışırlarmış. Onlar birgə kirayədə yaşayırmışlar.

Müəllif | Apa.Tv
Apa.tv