Abşeronda karantin qaydalarına əməl etməyənlər cərimələnib

Abşeron rayonunda COVID-19 infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə növbəti profilaktik təbliğat işlərinə start verilib.

 

DİN mətbuat xidmətindən APA TV-yə verilən xəbərə görə, Abşeron Rayon Polis İdarəsi və Mehdiabad Polis Böməsinin əməkdaşlarından təşkil olunan mobil qruplar vasitəsi ilə Xırdalan şəhəri, Mehdiabad və Novxanı qəsəbələrində fəaliyyətinə icazə verilən obyektlərə baxış keçirilib, sakinlərlə söhbətlər aparılıb.

 

Reydlər zamanı mağazalara maskasız daxil olan və bu hala nəzarət etməyən obyekt əməkdaşları polislər tərəfindən qanunvericiliyə uyğun şəkildə ciddi cəzalandırılıblar.

 

Tədbir zamanı polislər satıcı və alıcıların diqqətinə sanitar-karantin qaydalarına ciddi əməl etməklə fəaliyyət göstərməyin vacibliyini çatdırıblar.

 

Həmçinin reydlərdə sosial məsafəni gözləməyən, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən, dəfələrdə edilən xəbərdarlıqlardan nəticə çıxarmayan şəxslər qanunvericiliyə uyğun olaraq, inzibati məsuliyyətə cəlb olunublar.

 

Müəllif | Apa.Tv
Apa.tv