Abşeronda kirayə yaşadığı evdən oğurluq edən şəxs tutuldu

Abşeron rayonunda kirayə yaşadığı mənzillərdən oğurluq edən şəxs saxlanılıb.

 

DİN mətbuat xidmətindən APA TV-yə verilən xəbərə görə, rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində paytaxt sakini Məhəmməd Abdullayev tutulub.

 

Araşdırma zamanı məlum olub ki, bu şəxs kirayə yaşadığı evlərdən mənzil sahibinə məxsus məişət əşyalarını oğurlayıb. Bu üsulla Məhəmməd Abdullayev Abşeron rayonunda bir neçə kirayə ev verən şəxsə ziyan vurub.

 

Məhəmməd Abdullayev barəsində araşdırmalar davam etdirilir.

 

Müəllif | Apa.Tv
Apa.tv