Abşeronda maşın aşıb, ölən var
Abşeron rayonunda yol nəqliyyat hadisəsi baş verib.
APA TV xəbər verir ki, 1969-cu il təvəllüdlü Zəkəriyyə Zaxar oğlu Poladovun idarə etdiyi “NİSSAN” markalı minik avtomobili yol kənarına aşıb. Sürücü hadisə yerində dünyasını dəyişib.
Əraziyə FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Sıxılı vəziyyətdə qalan sürücünün meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verib.
Faktla bağlı araşdırma aparılır.