Abşeronda narkotik satan şəxslər yaxalandı

Abşeron rayon Polis idarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısını alıblar.

 

APA TV-nin yerli bürosunun məlumatına görə, keçirilən əməliyyat axtarış tədbirləri zamanı, 23 yaşlı Fədan Nadirov şübhəli şəxs qismində saxlanılaraq polis idarəsinə gətirilib. Onun üzərindən 190.835 qram heroin tapılaraq maddi sübut kimi götürülüb.

 

Fədan Nadirov Narkotik vasitəni əvvəllər tanımadığı Ramil adlı şəxsdən aldığını bildirib:

 

Abşeron rayon Polis İdarəsinin Qobu Polis Bölməsinin keçirdiyi əməliyyat zamanı isə əvvəllər məhkum olunan 42 yaşlı Faiq Məmmədov tutulub. O, Hökməli kəndi ərazisində üzərində gəzdirdiyi 17.249 qram heroini satmaq istəyərkən saxlanılıb.

 

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Müəllif | Apa.Tv
Apa.tv