Abşeronda narkotik yetişdirən şəxs tutuldu
Abşeron rayonu, Qobu qəsəbəsində narkotik yetişdirən şəxs saxlanılıb.
DİN mətbuat xidmətindən APA TV-yə daxil olan məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Abşeron rayonu, Qobu qəsəbə sakini Elşən Muxtarov tutulub.
Onun üzərindən 15 qram qurudulmuş marixuana aşkar edilib. Elşən Muxtarovun Qobu qəsəbəsindəki evinə baxış zamanı əlavə olaraq 2 kiloqram 800 qram qurudulmuş marixuana və həyətində kultivasiya yolu ilə yetişdirdiyi yaş halda çəkisi 9 kiloqrama yaxın olan çətənə kolu aşkar olunaraq götürülüb.
Saxlanılan şəxs ifadəsində narkotik tərkibli bitkiləri satmaq məqsədi ilə əkdiyini bildirib.
Faktla bağlı cinayət işi başlanılıb.