Abşeronda quldurluq edən şəxs Biləsuvarda saxlanıldı
Abşeronda bir neçə gün bundan öncə kişinin başına küt alətlə vuraraq , 15 min manatdan çox pulunu oğurlayan şəxslərdən üçüncüsü , daha doğrusu təşkilatçısı saxlanılıb.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisədən sonra Biləsuvar rayonunda qaçıb gizlənən 26 yaşlı Bəhruz Kərimov tutulub. O, istintaqa ifadəsində tanışları Cəlilabad rayon sakinləri olan Əmrah Həmzəyev və Sücəddin Həmzəyevlə birgə , Abşeron rayonu ərazisində Rövşən Cavadovun baş nahiyəsinə küt alətlə xəsarət yetirib “Opel” markalı avtomobilindən içərisində 7000 ABŞ dolları və 5341 manat olan çantanı apardıqlarını etiraf edib.
Bəhruz Kərimov törətdiyi cinayət əməlindən peşman olduğunu bildirib. Faktla bağlı araşdırma aparılır.