Abşeronda quşçuluq sexi yandı

Abşeronda yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən verilən  məlumata görə, rayonda yerləşən  quşçuluq fabrikinin ərazisində ümumi sahəsi 1600 m² olan sexin dam örtüyünün taxta atmaları 50 m² sahədə, içərisində avadanlıqlar və yerə səpələnmiş saman yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın söndürülüb.

Müəllif | Apa.Tv
Apa.tv