Abşeronda sürücüyə qarşı quldurluq edən şəxs tutulub

Abşeronda yükdaşıma ilə məşğul olan şəxsə qarşı quldurluq edilib.

 

APA TV xəbər verir ki, Bakı şəhər sakini Elçin Hüseynov Abşeron rayon Polis İdarəsinə gələrək məlumat  verib ki,  idarə etdiyi Ford Karqo markalı 90-CS 122 dövlət nömrə nişanlı avtomobili ilə hərəkətdə olarkən    maşınına tanımadığı şəxs minib və onun üzərinə bıçaq çıxararaq 410 manat pulunu quldurluq yolu ilə ələ keçirib. Dərhal keçirilən əməliyyatla həmin şəxsin Aydın Lətifov olduğu məlum olub və o saxlanılaraq istintaqa cəlb edilib.

 

Qeyd edək ki, saxlanılan Aydın Lətifov əvvəllərdə məhlükmlüq həyatı yaşayıb.

Müəllif | Apa.Tv
Apa.tv