Abşeronda yas mərasimi keçirmək istəyənlər saxlanılıb
Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində yas mərasiminin keçirilməsinin qarşısı alınıb.
DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, 8 nəfər saxlanılaraq Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinə gətirilib.
Onların barəsində inzibati protokol tərtib olunub.