Abşeronda yol polisi körpənin həyatını xilas etdi

Abşeronda yol polisi körpənin həyatını xilas etdi.

 

APA TV xəbər verir ki, Abşeron rayonu Mehdiabad qəsəbəsi ərazisində qurulan postda Opel markalı avtomobil saxlanılıb. İsmayılov Eldar Azər oğlu idarə etdiyi avtomobildə onun uşağının zəhərləndiyini bildirib. Abşeron Rayon Dövlət yol polis şöbəsdinin əməkdaşı leytanant Əli Cavadov dərhal xidməti avtomobillə körpəni Əbulfəz Qarayev adına 2 saylı uşaq klinik xəstəxanasına çatdırıb.

 

Həkimlər onun həyatını xilas edib. Körpənin atası Eldar İsmayılov polis əməkdaşlarını öz təşəkkürünü bildirib.

 

Daha sonra yol polis əməkdaşları ərazi üzrə  xidmətlərini davam etdirib.

 

Müəllif | Apa.Tv
Apa.tv