Abşeronda yol qəzası zamanı 4 nəfər xəsarət alıb
Abşeron rayonu ərazisində, Saray-Novxanı yolunda iki avtomobil toqquşub.
APA TV xəbər verir ki, hadisə "Vaz dairəsi" kimi tanınan ərazidə qeydə alınıb.
"Toyota" markalı nəqliyyat vasitəsi yüksək sürətlə hərəkətdə olan zaman qəfil onub qarşısına "Opel" markalı nəqliyyat vasitəsi çıxıb. Toqquşma zamanı "Opel"də olan 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı avtotexniki ekspertiza təyin edilib.