Abşeronda YPX avtomobili qəzaya düşüb
Abşeron rayonunda yol nəqliyyat hadisəsi baş verib.
Hadisə Masazır qəsəbəsindən Novxanı qəsəbəsinə gedən yolda qeydə alınıb.
APA TV xəbər verir ki, YPX-nə məxsus 10-YP-051 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobil hərəkətdə olan zaman əvvəlcə "Toyoto" və "Opel" markalı nəqliyyat vasitələrinə çırpılıb. İdarəetmədən çıxan "Mercedes" daha sonra qaz borusuna dəyərək dayanıb. Qəza nəticəsində YPX-nin bir əməkdaşı xəsarət alıb.
Qəzanın hansı səbəbdən baş verməsi ilə bağlı Baş dövlət yol polisində araşdırma aparılır.