“Abu İbrahim Dağıstani” ləqəbli terrorçuya 19 il həbs cəzası verildi – DTX PAKİSTANDA HƏBS ETMİŞDİ

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilən intensiv istintaq-əməliyyat tədbirləri nəticəsində həbs edilən terrorçunun məhkəməsi başa çatıb.

 

APA TV DTX-nın saytına istinadən xəbər verir ki, “Abu İbrahim Dağıstani” dini ləqəbi ilə tanınan 1971-ci il təvəllüdlü Bəhram Tağıbəy oğlu Güləliyev Pakistanda saxlanılaraq, 2019-cu ilin oktyabrında Azərbaycana ekstradisiya edilib.

 

Bəhram Güləliyev Tağıbəy oğlu 2003-cü ildə gizlin şəkildə Əfqanıstana gedib, orada qanunsuz silahlı birləşmələrə qoşulub. Terror qruplaşmalarını kimyəvi maddələrdən istifadə etməklə hazırladığı partlayıcı qurğularla təchiz edib, əcnəbilərdən ibarət qanunsuz silahlı birləşmələrin tərkibində partlayıcı qurğuların hazırlanması üzrə təlimlər aparıb, eləcə də Azərbaycan Respublikasının vətəndaşlarını həmin silahlı münaqişələrə cəlb edib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Bəhram Güləliyev 19 il azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Müəllif | Apa.Tv
Apa.tv