"Açarın şəklini gətirəndə cinayətdir" – APA TV
Günümüzdə oğurluq halları hər keçən gün artır. Əlbətdə ki, oğrular hər səfərdə fərqli üsullardan istifadə edirlər və bunlardan ən qorxulusu evinizə ev sahibi kimi girmələridir . Açarınızı diqqətinizdən bir dəqiqə kənara qoymağınız kifayətdir ki, bu niyyətli insanlar öz istəklərinə nail olsunlar. Bəs, açar surəti çıxarılan yerlərdə xidmət qarşılığında hər hansı sənəd, sübut tələb olunurmu? Açar ustaları bildirir ki, onlardan rəsmi heç bir hesabat tələb olunmadığı üçün onlarda müştərilərdən hər hansı sənəd tələb etmirlər. Ev açarı ustalarından fərqli olaraq maşın açarı ustaları müştərilərdən müəyyən sənədlər tələb etdiklərini deyirlər. Təhlükəsizlik eksperti Orxan Musayev bildirir ki, açar çıxarışlarında heç bir sənədin tələb olunmaması bu haldan sui-istifadə sayını artıracaq. Hüquqşünas Şamil Paşayevin fikrincə, bu hallar mütləq qanunla tənzimlənməlidir. Təhlükəsizlik üzrə ekspertlərin qənaətinə görə, sui istifadə hallarının qarşısının alınması üçün açar çıxarışları ilə bağlı yoxlama mexanizmi tətbiq olunmalıdır.