Aeroport yolunda ağır qəza - MAŞIN DƏMİR ARAKƏSMƏYƏ ÇIRPILDI
Bakıda yol-nəqliyyat hadisəsi baş verib.
APA TV-nin xəbərinə görə, hadisə aeroport yolunda qeydə alınıb.
Belə ki, 23 yaşlı Taleh Abdullazadə “BMW” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə minik maşını yol ayrıcında qoyulan dəmir arakəsməyə çırpılıb. Hadisə zamanı avtomobil yararsız hala düşsə də, xoşbəxtlikdən sürücü xəsarət almayıb.
Faktla bağlı araşdırma aparılır.