Afət Fərmanqızının kim tərəfindən məhkəməyə verildiyi məlum olub
Müğənni Afət Fərmanqızının kimin tərəfindən məhkəməyə verildiyi məlum olub.
Lent.az-ın əldə etdiyi xəbərə görə, A. Fərmanqızını Xalq artisti Flora Kərimova məhkəməyə verib.
F.Kərimova Lent.az-a açıqlamasında faktı təsdiqləyib.
O qeyd edib ki, Afət Fərmanqızı barəsində Binəqədi rayon Məhkəməsinə Cinayət Məcəlləsinin 147-ci (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə xüsusi ittiham qaydasında şikayət edib.