Ağac avtomobilin üstünə aşdı - GƏNCƏDƏ GÜCLÜ KÜLƏK
Gəncədə güclü külək nəticəsində ağac avtomobilin üstünə aşıb. APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə şəhərin Təbriz küçəsində qeydə alınıb. Belə ki, güclü külək nəticəsində yolun kənarda park edilən “Mercedes” markalı maşının üzərinə ağac aşıb. Təbii fəlakət nəticəsində avtomobilə ciddi ziyan dəyib. Hadisə yerinə müvafiq qurumların əməkdaşları cəlb olunub. Qırılan ağac ərazidən təmizlənib. Hazırda qərb bölgəsində küləkli hava şəraiti davam edir.