Ağacan Abıyev: “Mən onsuz da demişdim...”
“Müsbət qarşılayıram”.
APA TV-nin məlumatına görə, deputat, Milli Məclisin İntizam Komitəsinin sədri Ağacan Abıyev üzvü olduğu partiyanın parlamentin buraxılması ilə bağlı təşəbbüsünə münasibət bildirib.
Ağacan Abıyev “növbəti seçkilərə qatılacaqsınızmı?” sualına belə cavab verib: “Mən onsuz da çoxdan demişəm ki, iştirak etməyəcəyəm. Partiyamız hansı qərarı versə, biz onu dəstəkləyəcəyik”.
“Növbədənkənar parlament seçkiləri hansı zərurətdən yarandı?” sualına gəlincə...
“Əgər YAP bu görüşü keçirib qərar qəbul edibsə, hesab edirəm düzdür. Bilirsiniz, istəyir 5-10, istəyir 15 il olsun, dinamik dəyişmə olmalıdır. Dinamik dəyişmə 10-15 ildən birdirsə, deməli, dinamika zəifdir. Amma tez-tez dəyişiklik hərəkətlilikdir. Dinamik dəyişiklikdə yüksək dəyişikliklər baş verə bilər”.
Deputatın sözlərinə görə, ölkə yenilənir və bu yenilənmə qanunverici orqanın real yardımı olmadan tam mənada həyata keçirilə bilməz.