Ağacdan yıxılan 3 uşaq atası öldü - ZAQATALADA

 

Zaqatalada üç uşaq atası xurma ağacından yıxılaraq ölüb.

APA TV-nin şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Mazıx kəndində baş verib.

Balakən rayonunun Katex kənd sakini Natiq Osmanov Mazıx kənd sakininin həyətindəki xurma ağacından yıxılaraq ağır bədən xəsarətləri alıb. Yaralı Zaqatala Mərkəzi Rayon Xəstəxanasına aparılarkən yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv