Ağaclar və elektrik dirəkləri aşdı, bəzi ərazilər işıqsız qaldı – GƏNCƏDƏ KÜLƏK FƏSADLAR TÖRƏTDİ

Gəncədə güclü külək bir sıra fəsadlar törədib.

 

APA TV-nin məlumatına görə, bu gün səhər saatlarından başlayaraq əsən güclü külək şəhərin müxtəlif hissələrində irigövdəli ağacları aşırıb. Nəticədə elektrik naqilləri və dirəklərə ziyan dəyib. Bu səbəbdən də şəhərin bəzi ərazilərində elektrik enerjisinin verilişində problemlər yaranıb.

 

Bundan başqa, bir neçə yerdə quraşdırılan dayanacaq küləyin gücündən aşıb.

 

Hazırda Gəncə Fövqəladə Hallar Komissiyasının üzvləri və şəhər təsərrüfatının nümayəndələri dəyən ziyanın fəsadlarının aradan qaldırılması və hesablanması istiqamətində tədbirlər görür.

 

Qeyd edək ki, qərb bölgəsində küləkli hava şəraiti davam edir.

 

 

 

Müəllif | Apa.Tv
Apa.tv