Ağcabədidə dəhşətli qəza: iki nəfər öldü

Ağcabədidə ağır yol nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Qaradolaq kəndi ərazisində qeydə alınıb.

Qəza nəticəsində Ağdam rayon sakini, 1957-ci il təvəllüdlü Həsənov Oqtay və onun həyat yoldaşı 1956-cı il təvəllüdlü Həsənova Səhər Alı qızı hadisə yerində həyatını itirib. Hadisə yerinə cəlb olunan FHN-nin Ağcabədi rayon DYMX əməkdaşları sıxılmış vəziyyətdə olan ər və arvadın meyitini çıxararaq aidiyyəti üzrə təhvil verib. Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv