Ağcabədidə “Jiquli” piyadanı vurub - VƏZİYYƏTİ AĞIRDIR
Ağcabədidə piyadanın xəsarət alması ilə nəticələnən qəza baş verib.
APA TV-nin Qarabağ bürosunun məlumata görə, hadisə Hindarx qəsəbəsində qeydə alınıb.
Hərəkətdə olan 09 BO 926 dövlət nömrəli nişanlı “VAZ 2107” markalı avtomobil yolu keçmək istəyən 1987-ci il təvəllüdlü Qaraşova Müşkünaz Əliş qızını vurub.
Hadisəni törədən sürücü yaralını Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Daha sonra qadın Bərdə Mərkəzi Rayon Xəstəxanasına köçürülüb.
Faktla bağlı cinayət işi açılıb.