Ağcabədidə narkotacir yaxalandı

Ağcabədidə narkotacir saxlanılıb.

APA TV-nin yerli bürosunun məlumatına görə, rayon Polis Şöbəsinin əməkdaşları Səməd Vurğun küçəsində yaşayan 1978-ci il təvəllüdlü Elmir Həsənovu saxlayıb.

Onun evinə baxış zamanı ümumi çəkisi 49 qram narkotik vasitə olan qurudulmuş marixuana, 35 ədəd kağıza bükülmüş, ümumi  çəkisi 8,7 qram heroin,  12 bükümdə, ümumi təmiz çəkisi 11.8 qram metamfetamin və dövriyyəsi qadağan edilmiş dərman preparatları aşkar edilərək götürülüb.      

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv