Ağcabədidə pambıq sahəsində yanğın olub

Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndində pambıq sahəsinə yığılmış 1,8 ton pambığın 0,4 tonu yanıb. Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən pambığın qalan hissəsi və pambıq sahəsi yanğından mühafizə olunub, yanğın söndürülüb.

Müəllif | Apa.Tv
Apa.tv